Rusiya avqustun 29-u gecə yenidən Ukrayna şəhərlərini kütləvi atəşə tutub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu 74 “Şahid” PUA-sı və beş müxtəlif tipli raketdən istifadə etməklə Ukrayna ərazisinə hücum edib. Hücumlar Kursk və Belqorod vilayətlərindən, həmçinin Krasnodar diyarından həyata keçirilib.
Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfinıdən 2 raket və 60 PUA məhv edilib. Daha 14 zərbə PUA-sı Ukrayna ərazisində yoxa çıxıb.
Bildirilib ki, bu, həftənin əvvəlindən bəri üçüncü kütləvi hava zərbəsidir. Rusiya ordusu 26 və 27 avqust tarixlərində də Ukraynaya qarşı kütləvi raket və PUA hücumu həyata keçirmişdi.