“Yaranmış vəziyyətlə əlaqədar Ukrayna qaz nəqli məsələlərində Türkmənistan və Azərbaycanla əlaqələri genişləndirəcək”. Tribunainfo.az bildirir ki, bu barədə Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko məlumat verib .
O deyib ki, Ukrayna Rusiyadan qaz almır. “Ona görə də biz başqa ölkələrdən qaz almaq və bu qazı Avropaya nəql etmək istəyirik. Ukraynanın bunun üçün böyük infrastrukturu var”.
Mayko bəyan edib ki, Ukrayna ilə Türkmənistan arasında köhnə ticarət yolları işləmir, yeniləri isə əlavə xərc tələb edir. Səfir əlavə edib ki, Ukrayna Gürcüstan və Azərbaycanın nəqliyyat imkanlarından istifadə edir. “Ukrayna Avropanın imkanlarından istifadə etməyə çalışır”.