Ukrayna-Azərbaycan oyununu onlar idarə edəcək

Ukrayna-Azərbaycan oyununu onlar idarə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Ukrayna-Azərbaycan oyununu avstriyalı hakimlər briqadası idarə edəcək.

Tribunainfo.az xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytında məlumat verilib.

Belə ki, oyunun baş hakimi Sebastyan Qisxamer olacaq.

Yan hakimlər isə Roland Riedel və Santino Şraynerdir. Dördüncü hakim funksiyası Valter Altmanna, VAR sistemi isə Manuel Şüttengruber və Kristian-Petro Çokirkoya həvalə ediləcək.

Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.