Ukrayna aviasiyası Rusiya Silahlı Qüvvələrinin cəmləşdiyi ərazilərə 14 zərbə endiribbackend

Ukrayna aviasiyası Rusiya Silahlı Qüvvələrinin cəmləşdiyi ərazilərə 14 zərbə endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində Rusiyanın şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5-i zenit-raket sistemlərinə olmaqla, 14 zərbə endirib.

Tribunainfo.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, “Orlan-10” tipli 2 kəşfiyyatçı PUA vurulub.

Raket qoşunları və artilleriya bölmələri 1 komanda məntəqəsi, 6 canlı qüvvənin cəmləşdiyi ərazi, 2 sursat anbarı, 2 yanacaq-sürtkü anbarı, 2 hava hücumundan müdafiə sistemi və daha 2 strateji əhəmiyyətli hədəfi vurub.