Ukrayna Hava Qüvvətləri Komandanlığı bu gün səhər saatlarından etibarən hərbi aviasiyanı Kurskda döyüşlərə cəlb edib. Tribunainfo.az xəbər verir ki, bu barədə UNİAN saytı məlumat yayıb.
Bildirilir ki, Kiyev tərəfi döyüşə hazırda Su-27 təyyarələrini göndərib. Bu səhər havaya qalxan qırıcılar 50 bombalama prosesi həyata keçiriblər.
Döyüşlərə F-16ların qoşulmamasına dair suala cavab verən HHQ komandanlığı bildirib ki, bunun üçün hələ tezdir. “F-16 təyyarələri üçün bölgədə risk var. Kursk dağı ətrafında Rusiyanın fəaliyyəti pozan elektrotexniki quruğular var. Həmin lakasiya sistemləri qısa müddətdə sıradan çıxarılacaq. Bundan sonra F-16-larla bağlı qərar verilə bilər”.