Ukrayna ABŞ-nin faydalı qazıntılar müqabilində yardım təklifi üzərində işləyir

Ukrayna ABŞ-nin faydalı qazıntılar müqabilində yardım təklifi üzərində işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hökuməti ABŞ-nin Ukraynanın nadir torpaq minerallarının 50%-ni almaq hüququ müqabilində yardım göstərmək planını rədd edib. Kiyev alternativ təklif üzərində işləyir.

Bu barədə “Washington Post“ (WP) öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Kiyev Vaşinqtona ölkənin təbii ehtiyatlarına daha geniş çıxış təklif etmək niyyətindədir.

Bundan əlavə, nəşr qeyd edib ki, Ukrayna tərəfi ABŞ-nin maliyyə naziri Skott Bessentin çərşənbə günü Kiyevdə Zelenski ilə görüşündən cəmi dörd saat əvvəl bu ölkənin faydalı qazıntılar üzrə təklif etdiyi sazişin mətnini alıb.

Həmin görüşdə Bessentin Zelenskinin müqaviləni dərhal imzalaması üçün təkid etdiyi, lakin Zelenskinin bunu etmədiyi bildirilib.