Ukrayna 250 müdafiəçisinin cəsədini geri alıb.
Tribunainfo.az UNIAN-a istinadən xəbər verir ki, bunu Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı bildirib.
Qərargahdan bildirilib ki, söhbət Luqansk, Baxmut, Maryinsk, Avdeyevsk, Xerson və Zaporojye istiqamətlərindən, həmçinin Mariupol, Qorlovka və morqlardan olan müdafiəçilərdən gedir.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.