Reznikov iddia edir ki, Ukraynada təyyarələrin istifadəsi üçün infrastrukturu hazırlamaq lazımdır.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukrayna 2024-cü ilin yazında F-16 qırıcılarından istifadəyə başlaya bilər.
O, bildirib ki, təlim və infrastruktur hazırlığı üçün vaxt nəzərə alınmalıdır.
“Mən deyərdim ki, F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər, çünki biz pilotlarımız, mühəndislərimiz və texniklərimiz üçün təlim kurslarına başlamışıq”, – nazir bildirib