Ukrayna ordusu Rusiya regionlarına genişmiqyaslı hücum həyata keçirib.
Tribunainfo.az TRT xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “SHOT” teleqram kanalı yayıb.
Bildirilib ki, yanvarın 14-nə keçən gecə ölkə ərazisi üzərində 200-dən çox pilotsuz uçuş aparatı və 5 “ATACMS” ballistik raketi vurulub.
Ukrayna ordusu əsas olaraq Rusiyanın Tula, Saratov vilayətlərinə, eləcə də Kazan şəhərinə zərbə endirib. Nəticədə Kazanda kimyəvi zavodda yanğın qeydə alınıb.
Bununla yanaşı, Rostov, Tambov və Voronej vilayətlərində də partlayışlar qeydə alınıb.