backend

Ukrayna 20 Yanvar faciəsini andı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev şəhərində “20 yanvar Azərbaycanın qəhrəmanlıq səlnaməsidir “ mövzusunda dəyirmi masa keçirilib. 

Kiyev şəhərində “20 yanvar Azərbaycanın qəhrəmanlıq səlnaməsidir “ mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukrayna Milli İnformasiya Agentliyində 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş dəyirmi masa və mətbuat konfransı keçirilib.

Ukraynanın dövlət və hökumət rəsmlərinin, ali rada deputatlarının, diaspora və media təmsilçilərinin iştirak etdiyi tədbir “facebook” və Ukrinform-internet televiziya kanalı tərəfindən canlı yayımlanıb.

Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsi adlandıran səfir, o zaman üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummili lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, başda Mixail Qarbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb.

O qeyd edib ki, 20 yanvar faciəsi sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirilib. Tədbir iştirakçılarının diqqətini son iki əsrdə ermənilərin Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirdiyi soyqırım və işğalçılıq siyasətinə yönəldən diplomat, 20 yanvar faciəsinin də erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb. Anım mərasimində Ukrayna parlamentinin deputatları Maksim Kuryaçiy, Georqi Loqviniski, Oleq Barna, Ukraynanın xalq rəssamı Rəfael Musatov, Ukrayna Mədəniyyət nazirliyinin rəsmi nümayəndəsi Mixail Podyuk, professor Arif Quliyev, Ukraynanın xalq artisti Qurban Abbasov, İşıq cəmiyyətinin sədri Əbülfəz Qasımov və digər şəxslər çıxış edərək, tarix boyu Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən bəhs ediblər. Aradan 27 il ötməsinə baxmayaraq 20 yanvar faciəsində birbaşa əli olan M.Qarbaçov və o zamankı sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmamasını tarixi ədalətsizlik kimi dəyərləndiriblər.

Sonra tədbirə qatılanlar 20 yanvar faciəsini özündə əks etdirən sənədli filmə baxmaqla totalitar sovet hakimiyyətinin ölkəmizdə törətdiyi vəhşiliklərlə tanış olublar. Qeyd edək ki, son 3 gündə Ukraynanın aparıcı televiziya kanalları, qəzet və nüfuzlu KİV-də 20 yanvar fasiəsi ilə bağlı xüsusi reportajlar yayımlanıb.