Hatayda UFO gördüyünü iddia edən qadın başına gələnləri danışıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Arsuzda səmada gördüyü obyekti mobil telefon kamerası ilə lentə alan qadın “Əvvəlcə onun xarici halqası və daxili halqası var idi, biri sağa, digəri sola dönürdü. Dibində kiçik mavi işıqlar var idi və o, irəliləyirdi, sonra biz onu gözdən itirdik”, – deyib.
Arsuzun Mədənli Məhəlləsində yaşayan Pırıl Yokuş axşam saatlarında səmada gördüyü obyekti mobil telefon kamerası ilə lentə almağa başlayıb.
Səmada nizamsız hərəkət edən obyekti UFO ilə müqayisə edən qadın və yoldaşlarının həyəcanı kameraya əks olunub.
Şəkildəki obyekti UFO-ya bənzətdiyini bildirən Yokuş, son qərarı görüntünü araşdıracaq mütəxəssislər verəcəyini bildirib.