Sabiq UFC ağır çəki çempionu, hazırda PFL döyüşçüsü olan kamerunlu Fransis Nqanunu vətəni Kamerunda motosikletlə hərəkətdə olarkən 17 yaşlı Ntsama Bricit Manuelanı vuraraq ölümünə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Le Bled Parle portalı məlumat yayıb.
Hadisənin olduqca güclü toqquşma nəticəsində baş verdiyi bildirilir. Nqanunu dərhal qıza kömək edib və onu şəxsən xəstəxanaya çatdırıb.
Həkimlər təcili əməliyyat keçirsələr də, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Fransis Nqanunun hadisədən dərin sarsıntı keçirdiyi və bütün xərcləri öz üzərinə götürdüyü qeyd olunur.
İmran Kərimli