Çikaqonun “United Center” arenasında UFC-nin əsas döyüşündə Drikus Du Plessis çempion kəmərini qorumaq uğrunda məğlubiyyətsiz ulduz Xəmzət Çimayevlə üz-üzə gəlib.
Tribunainfo.az xəbər verir ki, beş raundluq qarşılaşma Çimayevin qələbəsi ilə yekunlaşıb.
Hakimlərin yekdil qərarı ilə o, qalib elan olunub – 50:44, 50:44, 50:44.
Bu, Çimayevin MMA-da 15-ci qələbəsi, Du Plessinin isə 26-cı döyüşündə 3-cü məğlubiyyəti olub. Rusiyalı idmançı ilk kəmərini qazanıb.