UEFA Superkubokunu PSJ qazandı

UEFA Superkubokunu PSJ qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən egcə UEFA Superkubokunun qalibi müəyyənləşib.

Tribunainfo.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan “Tottenhem” (İngiltərə) üz-üzə gəlib.

Qarşılaşmada əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında PSJ daha dəqiq olub – 4:3. Bununla da Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb. Bu, Luis Enrikenin komandasının mövsümdə 5-ci tituludur. Komanda bu mövsüm UEFA Çempionlar Liqası, Fransa çempionu, kuboku və Superkuboku titullarını da qazanıb..

13 avqust

UEFA Superkuboku

23:00. PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) – 2:2 (Penaltilər – 4:3)

Qollar: Kan Li, 85. Qonsalo Ramuç, 90+4 – Van de ven, 39. Romero, 48

Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Udine, “Friuli” stadionu