UEFA “Qarabağ”ın “Olimpiya” ilə keçirəcəyi hər iki görüşün başlama saatı və stadionlarını açıqlayıb

UEFA “Qarabağ”ın “Olimpiya” ilə keçirəcəyi hər iki görüşün başlama saatı və stadionlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək hər iki oyunun vaxtı və stadionları açıqlanıb.

“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk görüş iyulun 11-də Lyublyanadakı “Stojitse” stadionunda təşkil olunacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.

Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da başlayacaq.