UEFA Millətlər Liqasında V turun növbəti oyunları keçiriləcək

UEFA Millətlər Liqasında V turun növbəti oyunları keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçiriləcək.

“Report”un məlumatına turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunacaq. A Liqasında Hollandiya Fransaya qalib gələ bilməsə, 1-ci qrupda liderlik şanslarını itirəcək.

B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq 1-ci qrupun liderliyini təmin etmiş Ukrayna ilə görüşdə ilk xal uğrunda mübarizə aparacaq.

C Liqasında 3-cü qrupa başçılıq edən hər iki komanda səfərdə çıxış edəcək. “Qarabağ”ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprin, Norveç isə Sloveniyanın qonağı olacaq.

Nəhayət D Liqasında Makedoniyaya 4-cü qrupun qalibi olması üçün Lixtenşteyni məğlub etməsi lazımdır. Bu istək Cəbəllütariqin Yerevanda məğlub etdiyi Ermənistanla görüşdə xal itirəcəyi təqdirdə də gerçəkləşə bilər.

UEFA Millətlər Liqası, V tur

16 noyabr

A Liqası

1-ci qrup

Hollandiya – Fransa

Xal durumu: Fransa – 7 xal (3 oyuna), Hollandiya – 3 (2), Almaniya – 1 (3)

B Liqası

1-ci qrup

Slovakiya – Ukrayna

Xal durumu: Ukrayna – 9 xal (3 oyuna), Çexiya – 3 (3), Slovakiya – 0 (2)

4-cü qrup

Uels – Danimarka

Xal durumu: Uels – 6 xal (3 oyuna), Danimarka – 4 (2), İrlandiya – 1 (3)

C Liqası

3-cü qrup

Kipr – Bolqarıstan

Sloveniya – Norveç

Xal durumu: Norveç – 9 xal (4 oyuna), Bolqarıstan – 9 (4), Kipr – 4 (4), Sloveniya – 1 (4)

D Liqası

4-cü qrup

Cəbəllütariq – Ermənistan

Lixtenşteyn – Makedoniya

Xal durumu: Makedoniya – 9 xal (4 oyuna), Cəbəllütariq – 6 (4), Ermənistan – 6 (4), Lixtenşteyn – 3 (4).

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.