UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Zirə” büdcəsini xeyli zənginləşdirib.
Xorvatiyanın “Osiyek” klubunu keçən qəsəbə təmsilçisi UEFA-dan yaxşı pul mükafat alacaq. “Qartallar” pley-offa yüksəldikləri üçün təxminən 750 min avro (1 404 750 manat) qazanıblar.
Bununla yanaşı, “Zirə” II təsnifat mərhələsində çıxış etdiyi üçün təxminən 350 min avro (655 550 manat), III təsnifat mərhələsinə yüksəldiyi üçün isə daha 550 min avro (1 030 150 manat) qazanmışdı.
Komanda Avropa Liqasının I turunda oynadığı üçün də 150 min avro (280 950 manat) mükafat almışdı.
Hazırda Azərbaycanın Konfrans Liqasındakı yeganə təmsilçisi ümumilikdə cari mövsüm avrokuboklardakı çıxışına görə təxminən 1.8 milyon avro (3 milyon 371 min 400 manat) büdcəsini zənginləşdirib.