UEFA Konfrans Liqası: “Zirə” ilk sınağına çıxır

UEFA Konfrans Liqası: “Zirə” ilk sınağına çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün ilk oyununu keçirəcək.

Tribunainfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Bakıda “Hayduk”la üz-üzə gələcək.

Yunanstanlı FIFA referisi Kristos Vergetisin idarə edəcəyi görüş “Neftçi Arena”da, saat 19:30-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

23 iyul
19.30 Zirə (Azərbaycan) – Hayduk (Xorvatiya)
Baş hakim: Kristos Vergetis (Yunanıstan).