UEFA erməni azarkeşlərin Çipolinoya qəzəbini bağışlamadı

UEFA erməni azarkeşlərin Çipolinoya qəzəbini bağışlamadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro cərimələyib.

Bu barədə UEFA-nın rəsmi saytında yer alan məlumatda bildirilir.

Qeyd olunur ki, buna UEFA Millətlər Liqasının III turunda Ermənistan – Cəbəllütariq oyununda yerli azarkeşlərin qeyri-etik davranışı səbəb olub.

Həmin oyun meydan sahiblərinin məğlubiyyəti ilə nəticələnib. Oyunun müqəddəratını həll edən yeganə qolu 50-ci dəqiqədə penaltidən Cozef Çipolino vurub.