Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Real” (Madrid) doğma meydanda Almaniyanın “Bavariya” klubunu qəbul edib.
Görüş “Kral klubu”nun qələbəsi ilə başa çatıb – 2:1.
Qarşılaşmada hesabı qonaqlar açıblar. 68-ci dəqiqədə Alfonso Devis fərqlənib. Matçın son anlarında isə meydan sahibləri oyunun axarını dəyişiblər. 88 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla dubl edən Xoselu komandasını finala daşıyıb.
Münhendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.
Qeyd edək ki, Karlo Ançelottinin komandası finalda Almaniyanın “Borussiya” (Dortmund) kollektivinə rəqib olub
Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.