UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşü start götürüb.
Tribunainfo.az xəbər verir ki, “Qarabağ” doğma meydanda “Ludoqorets”i qəbul edir.
Böyük maraqla gözlənilən görüşü isveçrəli Urs Şnider idarə edir.
“Qarabağ” – “Ludoqorets” cütünün qalibi Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.
Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada “Petrokub” (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, cavab görüşü avqustun 13-də “Ludoqorets Arena”da gerçəkləşəcək.