UEFA Çempionlar Liqasında 2023-24 mövsümü sabah keçiriləcək qrup matçları ilə başlayacaq.
Tribunainfo.az xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı Uembli Stadionunda bu mövsüm final matçının keçiriləcəyi UEFA Çempionlar Liqasında 8 qrupda cəmi 32 komanda son 16 komanda arasında olmaq üçün mübarizə aparacaq.
Hazırkı formatla sonuncu dəfə keçiriləcək turnir gələn ildən “İsveçrə modeli”nə keçəcək. Komandaların sayı 32-dən 36-ya yüksələcək və ümumilikdə 125 deyil, 189 qarşılaşma keçiriləcək.
UEFA Çempionlar Liqasının ilk həftəsinin oyunlarının təqvimi belədir:
Sabah: 19 sentyabr
Milan (İtaliya) – Nyukasl Yunayted (İngiltərə)
“Yanq Boyz” (İsveçrə) – “Leypsiq” (Almaniya)
Feyenoord (Hollandiya) – Seltik (Şotlandiya)
Latsio (İtaliya) – Atletico Madrid (İspaniya)
Paris Saint-Germain (Fransa) – Borussia Dortmund (Almaniya)
“Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)
Barselona (İspaniya) – Royal Antverpen (Belçika)
Şaxtyor Donetsk (Ukrayna) – Porto (Portuqaliya)
Çərşənbə: 20 sentyabr
Qalatasaray – Kopenhagen (Danimarka)
Real Madrid (İspaniya) – Union Berlin (Almaniya)
Bayern Münhen (Almaniya) – Mançester Yunayted (İngiltərə)
Sevilya (İspaniya) – Lens (Fransa)
Arsenal (İngiltərə) – PSV Eindhoven (Hollandiya)
Braqa (Portuqaliya) – Neapol (İtaliya)
Real Sosyedad (İspaniya) – İnter (İtaliya)
Benfika (Portuqaliya) – Salzburq (Avstriya)
Çempionlar Liqasında 8 qrupda ilk iki yeri tutacaq komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.
3-cü yerdə başa vuran klublar isə UEFA Avropa Liqasında mübarizəyə davam edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının 2023-2024 mövsümünün finalı 2024-cü il iyunun 1-də Londondakı Uembli stadionunda keçiriləcək.