backend

UEFA “Beşiktaş” və “Lion”u CƏZALANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Lion” – “Beşiktaş” oyunu ilə (2:1) bağlı qərar verib. 

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Lion” – “Beşiktaş” oyunu ilə (2:1) bağlı qərar verib.

TİA.AZ xəbər verir ki, Avropanın ali futbol quruma hər iki kluba pul cəzası verməklə yanaşı, onlara şərt də qoyub.

Belə ki, qarşıdakı iki il ərzində hər iki komanda oxşar hadisə ilə gündəmə gəlsə, avrokuboklardan 1 il müddətinə kənarlaşdırılacaqlar.

Bundan başqa, səbəbkarlar hərəyə 100 min avro cəza da ödəyəcəklər.

Qeyd edək ki, “Lion” – “Beşiktaş” oyunundan öncə yerli və qonaq azarkeşlər arasında insident yaşanmış, buna görə matç 45 dəqiqə gec başlamışdı. Oyundan sonra hər iki tərəf insidentə görə digərini günahlandırsa da, UEFA tərəfləri eyni dərəcədə günahkar bilib. (apasport.az)