UEFA Avropa Liqası: Pley-off mərhələsinin cavab matçlarına start verilir

UEFA Avropa Liqası: Pley-off mərhələsinin cavab matçlarına start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.

Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş keçiriləcək.

“AEK Larnaka” doğma meydanda “Brann” ilə üzləşəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş Norveç təmsilçisi “Brann”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

27 avqust

UEFA Avropa Liqası

Pley-off mərhələsi

Saat 20:30, “AEK Larnaka” – “Brann” (ilk oyun – 1:2).