UEFA Avropa Liqası: Dörddəbir final mərhələsinin oyunları keçiriləcək

UEFA Avropa Liqası: Dörddəbir final mərhələsinin oyunları keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçiriləcək.

Tribunainfo.az xəbər verir ki, günün ilk görüşlərində “Budyo/Qlimt” klubu “Latsio” ilə, “Lion” “Mançester Yunayted”lə üz-üzə gələcək.

Günün son oyunlarında isə “Reyncers” klubu “Atletik Bilbao”nu, “Tottenhem” isə “Ayntraxt Frankfurt”u qəbul edəcək.

Qeyd edək ki, cavab görüşləri aprel ayının 17-də keçiriləcək.

10 aprel

UEFA Avropa Liqası

1/4 final mərhələsi

Saat 20:45, “Budyo/Qlimt” – “Latsio”;

Saat 20:45, “Lion” – “Mançester Yunayted”;

Saat 23:00, “Reyncers” – “Atletik Bilbao”;

Saat 23:00, “Tottenhem” – “Ayntraxt Frankfurt”.