UCUZ SABUNLAR TƏHLÜKƏ MƏNBƏYİDİR…

UCUZ SABUNLAR TƏHLÜKƏ MƏNBƏYİDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marketlərdə satılan sənaye istehsalı xüsusilə ucuz qiymətə satılan sabunların tərkibi istənilən canlını məhv etməyə qadirdir. Orqanizmimizə zamanla, aram-aram gizli təsir edən ucuz sabunlar bizi kirdən təmizləsə də, əslində ciddi mutagendir. Hər sabunun etiketində latınca xırda hərflərlə yazılmış uzun bir siyahı əslində əlimizdə kimyəvi bomba tutduğumuzu göstərir, sadəcə önəm vermirik: çoxu neft məhsullarının qalıqları, heyvan yağları, stabilizatorlar, PAB-lar…Tribunainfo.az sizi bu maddələrlə tanış edir:

-Sodium sulfate – SLS – bütün kosmetik məhsullarda var. Təhlükəli kimyəvi maddədir. Göz, beyin, ürək, böyrək, qaraciyər, dalaqda toplana bilir. Mutagendir. Saçları tökür, başda kəpək, qaşıntı yaradır.

-Mineral OİL – texniki yağdır. Məhsulda adları: Propylen, Petrolatum, Solid Oil. Allergiya yaradır, böyrək və qaraciyərdə dəyişiklik yaradır

-Aluminum – bütün dezodarantlarda istifadə olunur. Aliminium duzu orqanizmə keçir, heç bir yolla çıxmır, sinir uclarını zədələyir, yaddaş, əqli pozğunluğa kimi gətirib çıxarır.

-Butil, Etil, Metil – onkoloji fəsadlar yaradır

-DEA və ya TEA- təmizləyici maddə. Şampun, kondisioner, üzqırxma geli, duş üçün gellərdə istifadə olunur. Potensial kanserogendir, onkoloji xəstəliklər yaradır.

İnsanlar şampunlar, sabunlar, gellərdən istifadə etdikcə, dərinin epidermisi pozulur, nəticədə baş dərisindən tutmuş ayaq dərisinə kimi allergiya, səpki, qaşınma, müxtəlif simptomlar baş qaldırır, insanlar həkimlərə, dermatoloqlara, kosmetoloqlara gedib bu problemdən yaxa qurtarmaq üçün pullar xərcləyir, dərmanlar, bahalı mazlar alır.

Ona görə keyfiyyətsiz kosmetik və gigiyena vasitəsi alarkən puluna, malına qənaət etmiş olduğunu düşünənlər yanılır.

Dünyada çox zəngin insanlar bu kimi ucuz kimyəvi sənaye məhsullarından uzaqdır, daha təmiz, bahalı, brend markalar alır. Maddi imkanı zəif olanlar isə bu kimi vasitələrə alternativ təbii vasitələrdən yararlana bilər. Ən azı sabun və şampun seçərkən onun təbiisinə önəm verin.