31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatını tam dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, suni qiymət artımının və möhtəkirliyin qarşısınəın alınması məqsədilə 24-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarnmarkasının keçirilməsi nəzərdə tutulub. 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatını tam dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, suni qiymət artımının və möhtəkirliyin qarşısınəın alınması məqsədilə 24-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarnmarkasının keçirilməsi nəzərdə tutulub.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O qeyd edib ki, Bakı şəhərində yarmarkalar 5 rayonda keçiriləcək.
“Bayramla əlaqədar yarmarkalar 7 gün fəaliyyət göstərəcək. Bakı şəhərində ünvanlar bəllidir. Eyni zamanda Sumqayıt şəhərində iki ünvanda -12-ci mikrorayon və köhnə avtovağzalın yanında yarmarka açılacaq. Artıq yerli icra hakimiyyəti orqanlarına müraciət olunub ki, yarmarkaya çıxarılan məhsulların həm çeşidi, həm də miqdarı çoxaldılsın. Bu barədə məlumatlar göndərilib”.
Nazirlik sözçüsü bildirib ki, nazirliyin məsul əməkdaşları və işçi qruplarının yarmarkaya təhkim olması barədə tapşırıq verilib.
“Dövlət Fitosanitar Nəzarət Xidməti və Dövlət Baytarlıq Nəzarəti Xidməti yarmarkalara tam nəzarət edəcək. Eyni zamanda müayinələrin vaxtında aparılması üçün səyyar laborotiyalarmız yarmarkalara cəlb olunub”.