“Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi Qaydası” təsdiq edilib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar “Aviasiya haqqında” 22 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 15 fevral 2024-cü il tarixli fərmanını icrasını təmin etmək məqsədilə qəbul olunub.