Uçuşa qorxu yaradan raketin buraxılmasına görə cərimələr 100 dəfəyədək artırılır

Uçuşa qorxu yaradan raketin buraxılmasına görə cərimələr 100 dəfəyədək artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər belə işlərin görülməsinə görə cərimələr 100 dəfəyə qədər artırılır.

Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

6Layihəyə əsasən, lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, bu inzibati xəta üçün yüz manat məbləğində cərimə tətbiq edilir.