Ucarla ucalaq!backend

Ucarla ucalaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün mənə əziz olan Ucar rayonundan, 94 saylı seçki Dairəsindən namizədliyimi irəli sürdüm və imzatoplama kampaniyasına start verdim.
Bəli, çox çətin və məsuliyyətli yola çıxdım. Tələb olunan 500 imzanı qapılar döyərək, mağaza, aptek, çayxana, bazar demədən hər kəsə müraciət edərək, özümü təqdim edərək yığdım. Aldığım hər bir imza ilə bərabər insanların xeyir duasını da aldım. Məni tanımadan əlini Allaha açıb yalvaran kim, dua edən kim, qurban deyən kimlər oldu. Səbəblərdən biri də bu illər ərzində Ucarlıların deputat sarıdan bəxtinin gətirməməsi idi.
İmza aldığım insanlarla səmimi ortam quraraq şəkil çəkdirərək prosesi qeydə aldım.
Mən təkcə seçki dövründə deyil, həmişə onların yanında olacam. Mənə verilən 500 imzanın etimadını doğruldacam. Mənə təkcə 500 imza deyil həm də güvən verildi.

Ümidvaram ki, Ucarın əhalisi sözünü deyə bilən bir insan kimi Milli Məclisə seçkilərdə məni dəstəkləyəcək və məni seçəcək.
Bu yolda mən sizinlə birlikdəyəm.

Əziz Ucarlılar, sizi 1 Sentyabrda səsvermədə fəal olmağa və düzgün seçim etməyə səsləyirəm.

Allah yolumuzu açıq etsin!