“Mənim yaxın qohumum Ucar rayonu Bərgüşad kənd sakini Hacıyeva Samidə Rafil qızını Ucar rayon xəstəxanasından çıxarıb evə gətirə bilmirik”. Tribunainfo.az xəbər verir ki, bu barədə Ucar rayonu, Bərgüşad kənd sakini Məmmərov Əli Sabir oğlu redaksiyamıza göndərdiyi videomüraciətində deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl həmin xəstəxanada övlad dünyaya gətirən ananı bu gün evə gətirmək istəyəndə buraxmayıblar. “Dedilər ki, 500 manat pul verilməlidir. Həmin pulu verməyə imkan olmadı deyə xəstəni evə buraxmadılar. Bunu isə edən xəstəxananın baş həkimi Zeynal Bayramlıdır”.
Əli Məmmədov iddia edir ki, 17 ildir Ucar xəstəxanasında baş həkim işləyən Zeynal Bayramlı hər bir şöbəyə aylıq haqq qoyub. Onun sözlərinə görə, doğum şöbəsinin müdiri Südabə həkim də bu səbəbdən pul yığmaqla məşğuldur. “Zorla deyir ki, 500 manat verməlisiniz, yoxsa xəstəni evə buraxmayacayıq. Bu biabırçılğı yaxın qohumumuz video lentədə alıb”.
Ucar sakini bu məsələdə ona aidiyyatı qurumların kömək etməsini xahiş edib. Vidonu təqdim edirik:
Qarşı tərəfi də dinləməyə hazırıq.