Ucarda intihar etmək istəyənlər fikirlərindən daşındı – Video + Yenilənib

Ucarda intihar etmək istəyənlər fikirlərindən daşındı – Video + Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucarın Azərbaycan küçəsində 3 nəfər divarların və tikililərin üzərinə çıxaraq intihar etmək istəyir.

“Qafqazinfo”nun məlumatına görə, hüquq- mühafizə orqanları hələlik adları bəlli olmayan həmin şəxsləri fikirlərindən daşındırmaq üçün söhbətlər aparır.

İntihara cəhdin səbəbi məlum deyil.

***

Aparılan söhbətlər nəticəsində intihar etmək istəyən üç nəfər fikirlərindən daşınıblar.

***

İntihara cəhd edənlər 1974-cü il təvəllüdlü Elşad Hüseynov, qardaşı Sadiq Hüseynov və 1997-ci il təvəllüdlü Həsənzadə soyadlı şəxslərdir.