“Əmək və Əhalinin Sosail Müdafiə Nazirliyinə rüşvət verməyə pulumuz olmadığı üçün qanunsuz olaraq xəstə qızıma əlillik dərəcəsi təyin edilməsindən imtina edildi” TİA.AZ Ucar rayonu Qazyan kənd sakini Qasımova Aygün Əliyusif qızı tərəfindən şikayət daxil olub. Müraciəti olduğu kimi təqdim edirik: “Müraciətim həmişə xəstələrə-əlillərə kömək olan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevayadır. Belə ki, mənim anadangəlmə beyin iflici xəstəsi olan 17 yaşlı övladım Qasımova Fatimə Əlövsət qızına əlillik dərəcəsi verilməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina edib. Səbəb kimi göstərilib ki, müalicəsini davam edilməlidir. Hörmətli Mehriban xanım, bu biabırçılıqdır.Çünki qızım Fatimə anadangəlmə beyin iflici xəstəsidir. O tam hərəkətsizdir, onu mən qucağımda gəzdirirəm, yuyundururam, paltarın geyindirirəm, həttda danışa belə bilmir. Anadan olandan müalicələr edilsə də sağalmayıb. Bu sağalmaz bir xəstəlikdir.
Əmək və Əhalinin Sosail Müdafiə Nazirliyinə rüşvət verməyə pulumuz olmadığı üçün qanunsuz olaraq xəstə qızıma əlillik dərəcəsi təyin edilməsindən imtina edildi.Bəlkədə bu dünyada tayı-bərabəri olmayan biabırçılıqdır.Həyat yoldaşım rəhmətə gedib, özüm isə bu xəstəyə qulluq etdiyim üçün işləyə bilmirəm. Mən hərəkət edə bilməyən belə bir xəstəni evdə tək qoyub işləyə bilmərəm. Həyat yoldaşım rəhmətə gedəndən sonra müavinət olaraq olaraq ayda 100 manat pul alırıq. O pulun umuduna aclıq-səfalət içində yaşayırıq. Mən bir başa Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu ittiham etmək istəmirəm.
Çünki mənim sağalmaz xəstə qızımın problemini 100 faiz nazir Səlim Müslümov bilmir, imtinana edən həmin nazirliyin şöbəsidir. Bilirəm ki, əlilliyi pulla təyin edirlər. Adamlar tanıyıram ki, sağlam olsalarda pul verib əlillik dərəcəsi təyin edillib və buna görə dövlətdən hər ay pensiya alırlar.Bizə qarşı edilən bu haqsızlığı Allah götürməz, 17 il hərəkət edə bilməyən sağalmaz xəstəyə əlillik dərəcəsinin təyinatından imtina edilməsi hansı qanuna uyğundur ?Hörmətli Mehriban xanım, sizdən çox-çox xahiş edirəm, bu şikayətimi özünüz şəxsən araşdırıb və bizə yaxından kömək edin.”
NÜŞABƏ
TİA.AZ