Yaponiyada texnologiya şirkəti tərəfindən hazırlanmış uçan motosiklet satışa çıxarılıb.
TİA.AZ xəbər verir ki, motosikletin ilkin qiyməti 680 min dollar olduğu açıqlanıb.
Yapon texnologiyası və elektrik nəhəngləri tərəfindən dəstəklənən şirkət 2022-ci ilin ortalarına qədər 200 uçan motosiklet istehsal etməyi hədəfləyir.
Bildirək ki, Yaponiyada mövcud qanunlar uçan motosikletlərin hərəkətli yollarda istifadəsinə icazə vermir. Bu səbəbdən bir müddət yarış yollarında uçan motosikletlərdən istifadə edilməsi planlaşdırılır.