Üç xüsusi təyinatlı hərbi kollecdə peşəkar miçman heyəti hazırlanacaqbackend

Üç xüsusi təyinatlı hərbi kollecdə peşəkar miçman heyəti hazırlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində yaradılan 3 xüsusi təyinatlı hərbi kollecdə peşəkar miçman heyəti də hazırlanacaq.

Tribunainfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecdə peşəkar miçman heyəti də yaradılacaq. İndiyə qədər sadəcə peşəkar gizirlərin yaradılması nəzərdə tutulurdu.

Fərmanda nəzərdə tutulan kursantların hər biri üçün açılmış hesabda yığılan vəsait və həmin vəsaitin idarə olunmasından əldə edilən gəlir hərbi liseyləri bitirmiş məzunlara müvafiq vəsaitin 50 faizi ali təhsil müəssisəsinə və ya hərbi kollecə qəbul olduqda, qalan 50 faizi isə Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda ödənilir.