Evli qadınlar üçün keçirilən “Missis Rusiya 2024” milli gözəllik müsabiqəsinin qalibi Sankt-Peterburqda yaşayan çoxuşaqlı ana Lyudmila Rojneva olub.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, 40 yaşlı Lyudmila Rojneva üç uşaq böyüdür. O, Qazaxıstanda anadan olub, uşaqlığını Qafqazda keçirib və məktəbi burda bitirib. Sonra Sankt-Peterburq Sənaye Texnologiyaları və Dizayn Universitetinə daxil olub.
İndi qadının öz biznesi var. O, həmçinin xeyriyyə və sosial layihələrdə iştirak edir.
“Missis Rusiya Qlobus” titulunu Nijni Novqoroddan olan 35 yaşlı Daria Zaxarova qazanıb. Qadın Rusiyanı “Mrs. Globe 2024/Mrs. Qlobus 2024” yarışında təmsil edəcək.
Qeyd edək ki, müsabiqəsinin finalı avqustun 11-də Moskva Folklor Mərkəzinin böyük konsert zalında baş tutub. Burada ölkənin müxtəlif bölgələrindən 33 qadın iştirak edib. Onların 13-nün çoxuşaqlı ana olduğu qeyd edilir.