Üç silahlı təşkilat Rusiya ilə münaqişədə olduğunu açıqladıbackend

Üç silahlı təşkilat Rusiya ilə münaqişədə olduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada yerləşən üç silahlı rus təşkilatı Rusiya ilə münaqişədə olduqlarını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təşkilatların paylaşdığı videolar öz təsdiqini tapsa da, hücumun nəticələri haqda məlumat hələlik bəlli deyil.

 

Rusiya Azadlıq Alayı (ROA), Sibir Briqadası və Rus Könüllülər Dəstəsi adlı təşkilatlar Rusiyanın Kursk və Belqorod vilayətlərində döyüşçülərinə aid olduğunu dedikləri videoları paylaşıblar. RÖA və mühacirətdə olan rus siyasətçi Rusiyada iki kəndin hazırda “azadlıq qüvvələrinin nəzarəti altında” olduğunu iddia edib.
BBC RÖA-nın paylaşdığı hücum videosunun real olduğunu təsdiqləyib.
Bununla yanaşı Rusiya Müdafiə Nazirliyi hücum cəhdlərinin dəf edildiyini və 234 Ukrayna əsgərinin öldürüldüyünü açıqlayıb.
Ukrayna ordusu isə dünənki transsərhəd hücumlarla heç bir əlaqəsinin olmadığını bəyan edib.
Ukrayna Hərbi Kəşfiyyat Xidmətinin sözçüsü Andriy Yusov bildirib ki, bu hərbiləşdirilmiş qruplar Rusiya vətəndaşları tərəfindən yaradılan müstəqil təşkilatlardır və öz ölkələrində fəaliyyət göstərirlər.
Rusiya həmçinin Ukraynanın 25 İHA hücum cəhdinin dəf edildiyini bildirib. Bununla belə, sosial şəbəkələrdə Rusiyada müxtəlif neft obyektlərinin yandığını əks etdirən videolar yayılıb.