Bakı Şəhər İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, hər üç dövlər qurumu ilə bağlı iddianı Mövlamov Rövşən Allahverdi oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Digər səbəblər isə açıqlanmır.
İki icra hakimiyyəti və komitə ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 17 oktyabr tarixində hakim Elvin Əliyevin sədrliyi ilə işə baxılacaq.
Nigar