Üç Qafqaz ölkəsi arasında inkişaf fərqi açıqlandı

Üç Qafqaz ölkəsi arasında inkişaf fərqi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malikdir. Ölkəmizdə il ərzində yaradılan məhsul və xidmətlərin ümumi dəyəri qonşu ölkələrin müvafiq göstəricisindən 3 dəfəyədək çoxdur. Hətta Gürcüstan və Emənistan iqtisadiyyatlarının birgə həcmi bizim iqtisadiyyatın həcmindən azdır. Bütün bu üstünlüyə rəğmən son iki ildə adambaşına düşən ÜDM-in həcminə görə hər iki ölkədən geri qalırıq.

Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev məlumat paylaşıb. O bildirib ki, Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi son 2 ildə azaldığı halda qonşularımızda əksinə artır:

“2024-cü ildə ÜDM-nin adambaşına düşən həcmi $7283.8-ə düşüb. Halbuki 2022-ci ildə bu göstərici $7806.4 olub. Ümumiyyətlə götürdükdə adambaşına düşən ən yüksək hədd 2014-cü ildə ($7990.8) olub. 2015-ci ildə milli valyutanın devalvasiyası nəticəsində ÜDM göstəricilərinin dollar ifadəsində olan həcmi kəskin azalıb.

Son 3 ildə Gürcüstanda artımın əsas drayveri informasiya və kommunikasiya, tikinti və ticarət olub. Bu müddətdə Ermənistanda maliyyə, informasiya və rabitə sektorları 2 dəfədən, tikinti və ticarət yarıdan çox artıb”.

Nigar İxtiyarqızı