backend

Üç ölkə İslam Oyunlarında iştirakdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“IV Bakı İslam Həmrəyliyi Oyunlarına sayılı saatlar qalır, paytaxtımızda möhtəşəm bir tədbir keçiriləcək.  

“IV Bakı İslam Həmrəyliyi Oyunlarına sayılı saatlar qalır, paytaxtımızda möhtəşəm bir tədbir keçiriləcək. 

Bakımız oyunlara tam hazırdır, bu tədbirin təşkilatçısı olduğumuza görə qürur hissi duyuruq”.

TİA.AZ xəbər verir ki, bu sözləri gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir deyib ki, Bakı 2017 xalqların birliyi, sülh, bərabərlik və ədalət deməkdir:

“Bizim üçün bu mesajların dünyaya çatdırılması imkanı yaranıb. 11 gün ərzində idmançılar müxtəlif idman növlərində mübarizə aparacaq. Sülhün bərqərar olduğu, ölkələrin bir araya gəldiyi, hər kəsin bir dildə danışdığı idman yarışı olacaq. Doğma Bakımıza təşrif buyuran idmançıları, rəsmiləri, tamaşaçıları və media nümayəndələrini salamlayırıq. İslam dünyasından 3000-dən artıq idmançının oyunlarda iştirakı bizi sevindirir. Atletlər Kəndi idmançıları salamlamağa və onların ehtiyaclarını təmin etməyə hazırdır. Yarışlar 1, 3 milyarddan artıq tamaşaçı auditoriyasını əhatə edəcək. Hər kəsə uğurlar arzu edirəm”.

Nazir bildirib ki, üç ölkə yarışlarda iştirak etməyəcək:

“Sudan, Liviya və Küveytin İslam Həmrəyliyi Oyunlarına gəlməməklə bağlı qərarına hörmətlə yanaşırıq. Sual verə bilmərik ki, hansı səbəbə görə gəlmirsiniz?”

Nazir qeyd edib ki, 3 ölkə Bakı 2017-dən imtina edibsə, çox güman vacib səbəbə görə Bakıya gəlməyəcəklər:

“İnanıram ki, aparılan hazırlıq işləri bütün ölkələri “Bakı 2017″yə cəlb edib. Gəlmirlərsə, deməli çox vacib səbəbə görə gəlmirlər. Biz onların qərarıa hörmətlə yanaşırıq. 2 ildən artıqdır ki, Azərbaycanda inteqrasiya qruplarının görüşləri keçirilir. Bu iclaslarda 57 ölkənin nümayəndəsi iştirak edib. Son nəticədə elan elədik və qürur hissi ilə vurğuladıq ki, 57 ölkənin idmançıları “Bakı 2017″də iştirak edir. Təsdiq almışdıq və rekord nəticəni elan etmişdik. 3-4 gün ərzində 3 ölkənin iştirak etməmək qərarı daxil oldu. Əlimizdən gələni etmişik ki, idmançıların yerləşdirilməsi, iştirakı və ehtiyaclarının təminatı üçün bütün ölkələri razı salaq. İşlərimizi tələblərə uyğunlandırmışıq”.

A.Rəhimov söyləyib ki, Bakıya təşrif buyuran heç bir yığma və ya idmançının yol xərcini ödəməmişik, kiməsə bilet almamışıq:

“Hər bir idmançının yemək və qalmaq xərci üçün 50 dollar məbləğində ödəniş edilir. Bu vəsaitlə idmançı 4 dəfə qidalana və qalmaq xərcini ödəyə bilər. Bizdən kömək istəyən ölkələrə kömək etmişik”.