Üç ölkə arasında gərginlik yarandı

Üç ölkə arasında gərginlik yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan, İran və Hindistanın iştirakı ilə yeni ticarət yolunun işə salınması ilə bağlı planlaşdırılan üçtərəfli görüş baş tutmayıb. Tribunainfo.az xəbər verir ki, görüşün baş tutmaması ermənilər tərəfindən İran-İsrail gərginliyinin səbəb olması kimi göstərilib.
Lakin məsələ heç də ermənilərin təqdim etdiyi şəkildə deyil. Belə ki, İran mənbələri nəqliyyat yollarının açılması ilə bağlı üçtərəfli danışıqlarda ciddi fikir ayrılıqları yaranıb. Onlardan biri Hindistan və Ermənistanın fərqli tələblə çıxış etməsidir. Bu fərqli tələb isə yola nəzarət və tranzit rüsumları ilə bağlıdır.
Digər vacib səbəb isə bu layihənin çox bahalı olmasıdır. Erməni mediası bu barədə yazır ki, yeni yolun inşası üçün bir neçə milyard dollar lazımdır. “Təkcə Ermənistan ərazisində yeni yolun salınması və tunellərin tikilməsinə 2 milyard dollar tələb olunur. İranda infrastruktur var və o sarıdan problem yoxdur. Hindistanla İranı birləşdirmək də pul istəyir. Amma tərəflərdən heç biri bu pulu vermək istəmir və ya həmin gücdə deyil”.
Qeyd edək ki, Ermənistan, İran və Hindistan Şimal-Cənub dəhlizi məsələsində anlaşmağa çalışırlar. Bunu Orta Dəhlizi alternativ olaraq ortaya atdıqları və məhz Ermənistan üzərindən keçirməklə Zəngəzur Dəhlizini ikinci plana keçirmək cəhdləri də sirr deyil. Lakin dünyanın aparıcı iqtisadçıları bu layihənin bahalı olması ilə yanaşı, həm də perspektivsiz olduğunu çoxdan vurğulayırdılar. Onlar bildirirdilər ki, həmin layihənin icraçıları təkbaşına, hətta birlikdə bu məbləği tapmaq gücündə deyil. Onlar həmçinin Qərbiun də bu prosesdə maraqlı olmadığını və bu səbəbdən də maliyyə ayırmayacağını vurğulayıblar.