Üç nəfərin ölümünə səbəb olan “Səba”nın sürücüsü yenidən məhkəmə qarşısına çıxarılır

Üç nəfərin ölümünə səbəb olan “Səba”nın sürücüsü yenidən məhkəmə qarşısına çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Firudin Əsədovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub. Ali Məhkəmədə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs şikayətlərini geri götürüb. Bu səbəbdən Firudin Əsədov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.
Qeyd: Hadisə 2022-ci il yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini F.Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə sürücü E.Eyvazov, sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Daha sonra F.Əsədov təqsirləndirilən şəxs qisimində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.