Üç nəfər prokurorluq işçisi təqaüdə göndərilib-FOTOLAR

Üç nəfər prokurorluq işçisi təqaüdə göndərilib-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış 3 nəfər prokurorluq işçisi təqaüdə göndərilib.

Bu barədə Tribunainfo.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Maqsudov Rövşən Abid oğlu, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri – böyük prokuror Əliyev Akif Nazim oğlu və Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuror-kriminalisti Kişiyev Elman Fərman oğlu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edilib. Onlara Baş prokuror tərəfindən verilmiş “Prokurorluğun fəxri işçisi” döş nişanı, Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Görüş zamanı veteran prokurorluq işçilərinin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətləri, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib, eyni zamanda veteran prokurorluq işçiləri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.