Şimal dənizində 3000-ə yaxın “Mercedes” avtomobilinin olduğu bərə yanıb.
Tribunainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, Hollandiyanın Ameland adasından 27 km şimalda Fremantle Highway gəmisi yanıb. Gəminin göyərtəsində 2856 “Mercedes” markalı avtomobil olub. Onların Almaniyadan Misirə çatdırılması nəzərdə tutulurmuş.
İlkin versiyaya görə, əvvəlcə elektromobil yanıb, daha sonra alov digər avtomobillərə keçib.
Hadisə nəticəsində 1 ekipaj üzvü həlak olub, qalan 22 dənizçi isə xilas edilib. Onlardan 7-si dənizə tullanmalı olub. Yanan bərə əyilib, Hollandiya xilasediciləri onun suya batmasının qarşısını almağa çalışırlar.

