Üç komanda Çempionlar Liqasının qrup mərhələsində

Üç komanda Çempionlar Liqasının qrup mərhələsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

TİA.AZ xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə Yunanıstan “Olimpiakos”una 0:4 hesabıyla məğlub olan “Krasnodar” bu dəfə doğma azarkeşləri qarşısında rəqibini qəbul edib. Amma doğma meydanda da uduzan və istəyinə çata bilməyən Rusiya təmsilçisi ÇL-lə vidalaşmalı olub – 1:2.

Norveç “Rusenborq”u Xorvatiya “Dinamo”su, Serbiya “Srvena Zvezda”sı isə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib.

Bu oyunların hər ikisi oxşar hesabla – 1:1 başa çatıb. “Dinamo” və “Srvena Zvezda” ÇL-in qrup mərhələsinə vəsiqə qazandıqları halda, rəqibləri qitənin ən nüfuzlu klub turnirindən kənarda qalmalı olub.