Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmağa hazırlaşır.
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmağa hazırlaşır.
Bu haqda Avropa İttifaqındakı mənbəyə istinadən “RİA-Novosti” agentliyi bildirib.
“Biz gözləyirik ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel işçi şam yeməyinin arxasında Donbas üzrə Minsk razılaşmalarının icrası ilə bağlı bəyanat verəcəklər. Bu, texniki səviyyədə sammitdən sonra sanksiyaların müddətini uzatmağa imkan verəcək”, – Avropa İttifaqının nümayəndəsi deyib.
Daha əvvəl BMT-nin insan haqları və beynəlxalq sanksiyalar üzrə xüsusi məruzəçisi İdris Cəzairi bildirib ki, Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqının iqtisadiyyatına hər ay 3,2 milyard dollar zərər vurur. O, əlavə edib ki, Rusiya iqtisadiyyatı sanksiyalara görə üç il ərzində 55 milyard dollar itirib./publika.az