ÜÇ DÖVLƏTİN BİR HİYLƏSİ: İNDİ DƏ FRANSA QAFANDA KONSULLUQ AÇIR – GİZLİNLƏR

ÜÇ DÖVLƏTİN BİR HİYLƏSİ: İNDİ DƏ FRANSA QAFANDA KONSULLUQ AÇIR – GİZLİNLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa parlamentinin iki üzvü Ermənistanın Qafan şəhərində konsulluq açılması üçün müraciət edib. İki deputat Fransa Xarici İşlər Nazirliyinə bu təklifi veriblər. Tribunainfo.az-a bu müraciəti şərh edən siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, daha bir ermənipərəst ölkə İran və Rusiya kimi analoji siyasət yürüdür. Onun fikrincə, İran və Rusiya Qafanda konsulluq açmaqla bölgədə təsirləri artırmağa çalışır: “Qafan elə böyük və İranla Rusiya vətəndaşları üçün vacib yer deyil ki, burada mütləq konsulluq olsun. Bu addım siyasi və strateji mahiyyət kəsb edir. İndi Fransa da regiona yerləşmək üçün variantlar axtarır. Deməli, üç ölkənin Qafanda konsulluq açması Ermənistanda, o cümlədən Cənubi Qafqazda mövqe mübarizəsidir”.
Ekspert hesab edir ki, Fransa bu addımı ata bilər, amma bunun üçün əsas yoxdur: “Rusiya və İranı başa düşmək olar, onlar deyə bilərlər ki, Ermənistanla qonşuyuq, gediş-gəliş əlaqələri olmalıdır. Avropanın beşiyində yerləşən Fransanın Qafanda konsulluğa nə ehtiyacı ola bilər? Fransızlar heç Qafanın xəritədəki yerini belə tanımırlar. Ona görə Fransa strateji addım ata bilər, bölgədə Ermənistana dəstək üçün. Bizi o qədər maraqlandırmır ki, konsulluq açılır, ya yox. Əsas məsələ Zəngəzur dəhlizinin açılması və sülh sazişidir. Əgər bu dövlətlər prosesə mane olmaq üçün bu addımı atırlarsa, onların Qafan ssenarisi heç nəyə əngəl ola bilməyəcək”.