Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hesab edir ki, üç arvad almaq yaxşıdır, dördüncü isə xoşbəxtlikdir. Tribuainfo.az xəbər verir ki, TASS-ın məlumatına görə, o, bu barədə Çeçenistan sakinləri ilə birbaşa təmas zamanı bildirib.
Kadırovdan soruşdular: İkinci arvad almağa üstünlük verir, yoxsa sakit həyata? “Dörd… İki arvadın olması sən əsl kişisən. Üç yaxşı, dörd isə xoşbəxtlikdir. Bunu bizim peyğəmbərimiz deyib”, – deyə Çeçenistan rəhbəri cavab verib.
O, həmçinin “bu həyatı və gözəl qadınları” sevdiyini, lakin “dərin dindar” bir insan olaraq qaldığını etiraf edib.