“UBERAZ” VƏ “YANQO” TAKSİ İSTİFADƏÇİLƏRİNİN NƏZƏRİNƏ – 1 SENTYABRDAN…

“UBERAZ” VƏ “YANQO” TAKSİ İSTİFADƏÇİLƏRİNİN NƏZƏRİNƏ – 1 SENTYABRDAN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“UberAz” və “Yango” ilə taksi çağırırsınızsa, bu yazı sizə aiddir. Sentyabrın 1-dən Rusiya Federal Təhlükəsizlik Xidməti sizin məlumatlarınızı əldə edəcək və istədiyi kimi istifadə edə biləcək.

Tribunainfo.az yazır ki, bu barədə məlumatı media inkişafı üzrə mütəxəssis Emin Hüseynzadə verib. O bildirib ki, Rusiya baş naziri bununla bağlı sərəncam imzalayıb. “UberAZ” və “Yango” Yandex məhsuldur, yeni fərmana görə isə bütün databazalar FTX üçün 24 saat açıq olacaq:

“Bunu ictimailəşdirmək lazımdır. FTX-nın sizdən soruşmadan alacağı məlumatlar bunlardır:
-IP-ünvan
-Alətin identifikasiya nömrəsi,
-Telefonunuzun növü və modeli,
-İstifadə olunan əməliyyat sistemi,
-Brauzer və ya mobil tətbiq haqda məlumat,
-Adınız,
-Telefon nömrəniz,
-Email ünvanınız,
-Bank məlumatlarınız,
-Tətbiq daxili şərhləriniz ,
-Getdiyiniz ünvanların siyahısı. Bu olduqca ciddi məsələdir”.