“UBER” taksi xidmətlərinə ƏDV tətbiq olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 1-dən Azərbaycanda qeyri-rezidentlərə məxsus, o cümlədən Uber və sair şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV tətbiq ediləcək.

 

Dekabrın 1-dən Azərbaycanda qeyri-rezidentlərə məxsus, o cümlədən Uber və sair şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV tətbiq ediləcək.

TİA.AZ Vergilər Nazirliyinə istinadən xəbər verir ki, “Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə Vergilər Nazirliyində “UBER” taksi xidmətlərinin vergi cəlb olunması məsələsi ətrafına bir neçə dəfə görüşlər keçirilib. Banklar tərəfindən özlərinin proqram təminatlarında müvafiq texniki işlərin həyata keçirilməsi və “UBER” taksi xidmətlərinə görə Azərbaycan rezidentləri tərəfindən xaricə köçürülən məbləğdən ƏDV-nin tutulacağı onlara deyilib.